Yuxarı

Kanada Arktikada hərbi təlimlərə başlayıb

Mart ayına qədər davam edəcək manevrlərdə 2.5 min hərbçi iştirak edir

Bakı. 8 fevral. REPORT.AZ/ Kanada hərbçiləri Arktikayanı ərazilərdə hərbi təlimlərə başlayıb.

"Report"un "TASS" agentliyinə verdiyi xəbərə görə, Kanada Müdafiə Nazirliyi mart ayına qədər davam edəcək manevrlərdə 2.5 min hərbçinin iştirak etdiyini açıqlayıb.

“Kanadanın şimalında daimi yüksək döyüş hazırlığının vacibliyini qeyd edirik. Belə ki, suverenliyimizi təhdid edən istənilən fəallığı və ya aqressiyaya cavab verməyə hazırıq”, - deyə nazirlikdən bildirilib.

Xatırladaq ki, Kanada 2008-ci ildən etibarən Arktikada mütəmadi hərbi təlimlər keçirir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi