Kanada ABŞ-dan gələn qanunsuz miqrantlara 255 mln. dollar xərcləyib

Kanada ABŞ-dan gələn qanunsuz miqrantlara 255 mln. dollar xərcləyib Bakı. 30 noyabr. REPORT.AZ/ Kanada hökuməti ABŞ-dan gələn qanunsuz miqrantların aşkar edilməsi, yerləşdirilməsi və onların müxtəlif sənədlərinin rəsmiləşdirilməsi işlərinə 255 milyon dollar vəsait sərf edib.
Digər ölkələr
30 Noyabr , 2018 04:57
Kanada ABŞ-dan gələn qanunsuz miqrantlara 255 mln. dollar xərcləyib

Bakı. 30 noyabr. REPORT.AZ/ Kanada hökuməti ABŞ-dan gələn qanunsuz miqrantların aşkar edilməsi, yerləşdirilməsi və onların müxtəlif sənədlərinin rəsmiləşdirilməsi işlərinə 255 milyon dollar vəsait sərf edib.

“Report” xəbər verir ki, bu barədə cümə axşamı Kanada parlamentinin müstəqil büdcə analitiki İva Jiruya istinadən CTV telekanalı məlumat yayıb.

Məmurun sözlərinə görə, burada söhbət təkcə 2017-ci ilin aprelindən 2018-ci ilin martına qədər olan dövrdə, Kanada-Amerika sərhədini 24 mindən çox qanunsuz miqrantın keçdiyi dövrdən gedir. Belə olan halda, vergi ödəyiciləri təkcə bir miqranta görə 10,5 min dollar ödəməli olublar.

Aparılan təhlilə görə, 2019-2020-ci illərdə ABŞ-dan gələn qanunsuz miqrantların saxlanması və onların müxtəlif sənədlərinin rəsmiləşdirilməsi Kanada büdcəsinə 298 milyon dollara başa gələcək.

Bundan əvvəl Meksika ABŞ-a keçmək istəyən miqrantların deportasiyasına başlayıb.

Son xəbərlər

Orphus sistemi