Kamerunda yaraqlılar dörd polisi qətlə yetirdi

Kamerunda yaraqlılar dörd polisi qətlə yetirdi Kamerunda yaraqlıların hücumu nəticəsində 8 nəfər həlak olub.
Digər ölkələr
9 mart 2020 01:04
Kamerunda yaraqlılar dörd polisi qətlə yetirdi

Kamerunda yaraqlıların hücumu nəticəsində 8 nəfər həlak olub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə ölkənin qərbində, Halim rayonun Bambuto regionunda baş verib.

Belə ki, üzərlərində çoxlu silah və sursat olan cinayətkarlar motosikletlərlə gələrək ingilisdilli qərb bölgəsindəki insanlara atəş açıblar.

Nəticədə dördü hüquq mühafizə orqanının əməkdaşı olmaqla 8 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Qeyd edək ki, Kamerunda 14-ü uşaq olmaqla 22 nəfər öldürülmüşdü

Son xəbərlər

Orphus sistemi