Kamerunun qərbində leysan yağışlar və daşqınlar zamanı əmələ gələn torpaq sürüşməsi nəticəsində azı 42 nəfər ölüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, torpaq altından 26-sı uşaq olmaqla 42 meyit çıxarılıb.
Qərb bölgəsinin qubernatoru Ava Fonka Avqustin deyib ki, daşqınlar nəticəsində Bamunqum kəndində torpaq sürüşməsi baş verib: “20-də çox ev uçub”.