Kamerunda qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb

Kamerunda qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb Qatar paytaxt Yanudadan Duala şəhərinə gedirmiş
Digər ölkələr
21 Oktyabr , 2016 23:33
Kamerunda qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb

Bakı. 21 oktyabr. REPORT.AZ/ Cümə günü Kamerunda qatar qəzası nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə Qərbi Afrika ölkəsinin milli radiosuna istinadən "Franc-Press" məlumat yayıb.

Sərnişin avtobusu ölkə paytaxtı Yanudadan Kamerunun iqtisadi mərkəzi və ən iri şəhəri sayılan Duala istiqamətində hərəkətdə olub. Yolun 120 km-də qatar relsdən çıxıb və bir neçə sərnişin vaqonu aşıb.

Son xəbərlər

Orphus sistemi