Kamerunda baş verən ağır yol qəzasında onlarla insan ölüb

Kamerunda baş verən ağır yol qəzasında onlarla insan ölüb Kamerunda ağır yol qəzası baş verib.
Digər ölkələr
24 İyun , 2019 05:46
Kamerunda baş verən ağır yol qəzasında onlarla insan ölüb

Kamerunda ağır yol qəzası baş verib.

"Report" xəbər verir ki, bu barədə "Cameroon-Info" portalı bildirib.

Məlumata görə, hadisə ölkənin qərb regionunda, Baham yaşayış məntəqəsində qeydə alınıb. Belə ki, Duala şəhəri istiqamərində hərəkətdə olan sərnişin avtobusu yük avtomobili ilə toqquşub. Hadisə zamanı 22 nəfər həlak olub, habelə daha bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

Regionun qubernatoru Ava Fon Auqustin bildirib ki, qəza avtobus sürücüsünün əks tərəfin yoluna çıxması nəticəsində baş verib.

Son xəbərlər

Orphus sistemi