Bakı. 27 fevral. REPORT.AZ/ Kamerun və Nigeriya hərbçiləri birgə əməliyyat zamanı "Boko Haram" terror qruplaşmasının 92 üzvünü zərərsizləşdiriblər.
"Report" xəbər verir ki, bu barədə cümə günü "Reuters" məlumat yayıb.
Kamerunun rabitə naziri İssa Tçiroma Bakarinin sözlərinə görə, əməliyyat Nigeriyanın Kamerunla sərhəddə yerləşən Kumşe kəndində aparılıb. Əməliyyat zamanı 850 kənd sakinini azad etmək mümkün olub.