Kamçatkada 5 bal gücündə zəlzələ olub

Kamçatkada 5 bal gücündə zəlzələ olub Dağıntı və xəsarət alanlar barədə məlumat yayılmayıb
Digər ölkələr
14 Mart , 2016 05:21
Kamçatkada 5 bal gücündə zəlzələ olub

Bakı. 14 mart. REPORT.AZ/ Rusiyanın Kamçatka bölgəsində 5.0 bal gücündə zəlzələ baş verib.

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Fövqəladə Hallar Nazirliyinin Uzaq Şərq Regional Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Yelizovo şəhərindən 75 km şimalda olub. Zəlzələnin ocağı 176 km dərinlikdə yerləşib.

Dağıntı və xəsarət alanlar barədə məlumat yayılmayıb.

Son xəbərlər

Orphus sistemi