Kamçatka yaxınlığında ardıcıl iki zəlzələ olub

Kamçatka yaxınlığında ardıcıl iki zəlzələ olub Dağıntı və ya tələfat yoxdur
Digər ölkələr
5 Sentyabr , 2017 06:15
Kamçatka yaxınlığında ardıcıl iki zəlzələ olub

Bakı. 5 sentyabr. REPORT.AZ/ Rusiyada, Kamçatka sahilləri yaxınlığında ardıcıl iki zəlzələ olub.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, təbii hadisə 2 dəfə qeydə alınıb.

Petropavlovsk Seysmoloji Stansiyasından agentliyə verilən məlumata görə, 4,6 maqnitudalı birinci zəlzələ yerli vaxtla saat 21:45-də qeydə alınıb. Zəlzələnin episentri Komandor adaları yaxınlığında, 716 kilometr dərinlikdə yerləşib.

Yerli vaxtla saat 00:38-də qeydə alınan ikinci zəlzələ isə 4 bal gücündə olub. Zəlzələnin episentri dənizdə, Petropavlovsk-Kamçatkdan 356 kilometr şimalda yerləşib.

Sunami təhlükəsi elan edilməyib. Dağıntı və ya tələfat yoxdur. 

Son xəbərlər

Orphus sistemi