Kamçatka sahillərində sutka ərzində 4 zəlzələ qeydə alınıb

Kamçatka sahillərində sutka ərzində 4 zəlzələ qeydə alınıb Sakit okeanda, Kamçatka sahillərində 4,3 və 4,9 bal gücü arasında 4 dəfə zəlzələ qeydə alınıb.
Digər ölkələr
6 İyul , 2019 08:46
Kamçatka sahillərində sutka ərzində 4 zəlzələ qeydə alınıb

Sakit okeanda, Kamçatka sahillərində 4,3 və 4,9 bal gücü arasında 4 dəfə zəlzələ qeydə alınıb.

“Report”un "TASS"a istinadən verdiyi məlumata görə, zəlzələlər Aleutskiy rayonunun Nikolskiy kəndindən 173, 115, 168 və 158 kilometr şimal-qərbdə qeydə alınıb.

Zəlzələlərin ocağı 10 kilometr dərinlikdə olub. Məlumata əsasən, yeraltı təkanlar Kamçatkanın yaşayış məntəqələrində hiss edilməyib. Sunami təhlükəsi yoxdur. 

Son xəbərlər

Orphus sistemi