Kambrilsdə baş vermiş terror aktı zamanı 7 nəfər xəsarət alıb

Kambrilsdə baş vermiş terror aktı zamanı 7 nəfər xəsarət alıb Yaralılardan ikisinin vəziyyəti ağırdır
Digər ölkələr
18 avqust 2017 01:40
Kambrilsdə baş vermiş terror aktı zamanı 7 nəfər xəsarət alıb

Bakı. 18 avqust. REPORT.AZ/ İspaniyanın Kambrils şəhərində baş vermiş növbəti terror aktı zamanı 7 nəfər xəsarət alıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Kataloniya polisi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, yaralılardan ikisinin vəziyyəti ağırdır. Hadisə zamanı həmçinin 1 polis əməkdaşı da yüngül xəsarət alıb.

Bununla yanaşı, şəhərdə keçirilmiş xüsusi əməliyyat zamanı terror əməliyyatı hazırlamağı planlaşdıran 5-ci terrorçu da həbs edilib.

Kataloniya polisi "Twitter" hazırda vəziyyətin nəzarət altında olduğunu bildirib. 

Son xəbərlər

Orphus sistemi