Kambocada koronavirusa ilk yoluxma ilə bağlı karantin tədbirləri görülüb

Kambocada koronavirusa ilk yoluxma ilə bağlı karantin tədbirləri görülüb Kambocada COVID-19-lə bağlı yerli yoluxma hallarının sayı daha 8 nəfər artaraq 14-ə çatıb.
Digər ölkələr
30 Noyabr , 2020 13:33
Kambocada koronavirusa ilk yoluxma ilə bağlı karantin tədbirləri görülüb

Kambocada COVID-19-lə bağlı yerli yoluxma hallarının sayı daha 8 nəfər artaraq 14-ə çatıb.

“Report” “Xinhua”ya istinadən xəbər verir ki, bu barədə Baş nazir Samdeç Reço Hun Sen bildirib.

İlk yerli yoluxma halları şənbə günü paytaxt Phnom Pen şəhərində və şimal-qərb Siem Reap əyalətində yaşayan və koronavirus testinin müsbət çıxdığı 56 yaşında olan ər-arvadın və 4 nəfər ailə üzvünü olub. Bu barədə dünən Səhiyyə Nazirliyi sözçüsü Or Vandine bildirib.

Onun sözlərinə görə, həmin qadının bu günlərdə baş çəkdiyi “Aeon Mall 1” AVM, kişinin isə istirahət etdiyi “Phnom Penh Hotel”-in onlarla təmasda olan şəxsləri yoxlamaq məqsədi ilə bir neçə günlüyə bağlanıb. Təhsil naziri Hanq Çuon Naron da həmin cütlüyün övladlarının təhsil aldığı Amerikan Qitələrarası Məktəbinin Çak Anqre filialının da eyni şəkildə müvəqqəti bağlandığını açıqlayıb.

Baş nazir 2 248 nəfərin testdən keçirildiyini, bunlardan 14 nəfərində müsbət çıxdığını, sadalanan şəxslərlə təmasda olan hər kəsin 14 günlük təcrid rejimində qalmasının vacibliyini vurğulayıb.

Bazar günü ölkə boyu məktəblərin, habelə paytaxtda mehmanxana və AVM-lərin iki həftəlik bağlanmasına dair qərar çıxarılıb.

Səhiyyə Nazirliyinə görə Kambodiada indiyədək 323 yoluxma halı qeydə alınıb, bunlardan 301 nəfər sağalıb.

Son xəbərlər

Orphus sistemi