Bakı. 19 may. REPORT.AZ/ Mayın 19-da Kambocada baş verən yol-nəqliyyat hadisəsində ən az 20 nəfər həlak olub. Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
5 nəfər çox ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Məlumata əsasən, Vyetnamdan Pnompenə gedən avtobus Svayrenq əyalətində yük maşını ilə toqquşub.
Turistlərin milliyyəti hazırda dəqiqləşdirilir.