Kambocada 8 nəfər çirklənmiş sudan ölüb

Kambocada 8 nəfər çirklənmiş sudan ölüb Kanaldan axan suyun tərkibində pestisid olub
Digər ölkələr
6 May , 2018 12:21
Kambocada 8 nəfər çirklənmiş sudan ölüb

Bakı. 6 may. REPORT.AZ/ Kambocada çirklənmiş sudan 8 nəfər ölüb, daha 100 sakin xəstəxanaya yerləşdirilib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, zəhərlənmə hadisəsi cümə axşamından etibarən ölkənin şərqində yerləşən Kratex əyalətinin kəndlərindən birində qeydə alınıb.

"Bazar günü Kratex və Pnompenya xəstəxanalarında daha iki nəfərin öldüyü təsdiqlənib, ölənlərin ümumi sayı 8-ə çatıb, zərərçəkmişlərin sayı 103 nəfərdir", - deyə polis nümayəndəsi Om Fay bildirib.

Onun sözlərinə görə, kəndə axan kanal suyunun tərkibində, ehtimal ki, pestisid kimyəvi maddəsi olub. Onlardan yerli fermerlər məhsulu qorumaq üçün istifadə edə bilərlər.

Son xəbərlər

Orphus sistemi