Kambocada 17 min insanın qətlində ittiham olunan şəxs öldü

Kambocada 17 min insanın qətlində ittiham olunan şəxs öldü Kambocanın qırmızı kxmerlərinin liderlərindən biri olan Kainq Kek İev 77 yaşında ölüb.
Digər ölkələr
2 Sentyabr , 2020 12:22
Kambocada 17 min insanın qətlində ittiham olunan şəxs öldü

Kambocanın qırmızı kxmerlərinin liderlərindən biri olan Kainq Kek İev 77 yaşında ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, o, bir zamanlar “S-21” həbsxanasının rəisi olub.

Kainq Kek İev 17 minə yaxın məhbusun işgəncə ilə öldürülməsində ittiham edilib.

Beynəlxalq tribunalın yaydığı açıqlamda bildirilib: “Sentyabrın 2-də yoldaş Duç (partiyadakı ləqəbidir-red.) Kambocanın paytaxtı Pnompendə kxmer-sovet xəstəxanasında ölüb”.

Qeyd edək ki, qırmızı kxmerlər 1975-1979-cu illərdə Kambocanı idarə edib. Onlar 2,7 milyon kambocalının ölümündə təqsirli biliblər.

BMT-nin qərarına əsasən, 2003-cü ildə qırmızı kxmerlərin məhkəməsinə razılıq verilib. Məhkəmə araşdırması 2009-cu ildə başlayıb. Həmin dövrə qırmızı kxmerlərin 5 lideri sağ qalıbmış. Onlar soyqırım, hərbi cinayət törətmək və insan haqlarını pozmaqda ittiham olunublar.

2010-cu ildə Kainq Kek İev 35 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Son xəbərlər

Orphus sistemi