Yuxarı

Kaliforniyanın cənubunda meşə yanğınları tüğyan edir

Güclü külək alov fırtınasının yaranmasına səbəb olub

Bakı. 19 iyun. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının cənubunda yüzlərlə insanın öz evini tərk etməsi ilə nəticələnən meşə yanğınları tüğyan edir.

"Report" xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, alov Los-Ancelesdən şimalda yerləşən Santa-Barbara rayonunda yaşayış evləri üçün təhlükə yaradıb, güclü külək isə alov fırtınasının yaranmasına səbəb olub.

Şənbə gününə keçən gecə yanğın 3 min 161 hektar ərazini əhatə edib. Yanğınsöndürənlərin qiymətləndirməsinə görə, bu ərazidə yanğının təqribən 45 faizi nəzarət altındadır.

Sinoptiklərin xəbərdarlığına görə, çərşənbə axşamına qədər bu rayonda güclü küləklər gözlənilir ki, bu da yanğınsöndürənlərin işini çətinləşdirəcək.

Yerli əhali dərhal təxliyəyə hazır olmağa çağırılıb. Yanğın çərşənbə günü başlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi