Kaliforniyanın 3 ştata bölünməsi ilə bağlı referendum keçiriləcək

Kaliforniyanın 3 ştata bölünməsi ilə bağlı referendum keçiriləcək Bakı. 13 iyun. REPORT.AZ/ Bu ilin noyabrın 6-da ABŞ-ın Kaliforniya ştatının 3 ayrı ştata bölünməsi ilə bağlı referendum keçiriləcək.
Digər ölkələr
13 İyun , 2018 15:06
Kaliforniyanın 3 ştata bölünməsi ilə bağlı referendum keçiriləcək
0 : 00
0 : 00

Bakı. 13 iyun. REPORT.AZ/ Bu ilin noyabrın 6-da ABŞ-ın Kaliforniya ştatının 3 ayrı ştata bölünməsi ilə bağlı referendum keçiriləcək.

“Report” “Fox News” televiziyasına istinadən xəbər verir ki, bunu ştatın katibi Aleks Padilla bildirib.

Qeyd edək ki, bu layihənin müəllifi biznesmen Tim Dreyperdir. O, Kaliforniyanın mərkəzi, cənubi və şimali ştatlara bölünməsini təklif edib. Yeni yaranacaq ştatlara adları sakinlər verəcək. Layihəni ABŞ Konqresində qəbul etməlidir.

T.Dreyper 2014 və 2016-cı illərdə də bu təşəbbüslə çıxış etmişdi. Ancaq onda yetərincə dəstək qazanmamışdı.

Xatırladaq ki, ABŞ 50 ştatdan, bir federal ərazidən, 5 böyük özünüidarə edən ərazidən və müxtəlif mülklərdən ibarət federativ respublikadır.

Son xəbərlər

Orphus sistemi