Kaliforniyada yanğınlar səbəbindən 212 min insan təxliyyə edilib - VİDEO

Kaliforniyada yanğınlar səbəbindən 212 min insan təxliyyə edilib - VİDEO Bakı. 9 dekabr. REPORT.AZ/ Kaliforniyanın cənubunda yanğınlar 57 min hektardan çox sahəni əhatə edib.
Digər ölkələr
9 Dekabr , 2017 04:20
Kaliforniyada yanğınlar səbəbindən 212 min insan təxliyyə edilib - VİDEO

Bakı. 9 dekabr. REPORT.AZ/ Kaliforniyanın cənubunda yanğınlar 57 min hektardan çox sahəni əhatə edib.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Vəziyyətlərin İdarə Edilməsi üzrə Federal Agentliyin regional təmsilçisi Devid Pessi bildirib.

"Hazırda 57 min hektar sahə yanıb. 212 min insan təxliyyə edilib. Alovun söndürülməsinə 8,7 min yanğınsöndürən cəlb edilib", - deyə Pessi yanğına qarşı mübarizə ilə bağlı son məlumatında qeyd edib.

Kaliforniyada meşə yanğınları dekabrın 4-də başlayıb. Küləkli və quru hava alovun yayılmasına imkan yaradır. Sinoptiklərin proqnozuna görə, bu cür hava şərati bazar gününə qədər davam edəcək.

Son xəbərlər

Orphus sistemi