Kaliforniyada Tramp tərəfdarları ilə əleyhdarları arasında toqquşma olub - VİDEO

Kaliforniyada Tramp tərəfdarları ilə əleyhdarları arasında toqquşma olub - VİDEO Bir neçə nəfər həbs edilib
Digər ölkələr
26 Mart , 2017 09:41
Kaliforniyada Tramp tərəfdarları ilə əleyhdarları arasında toqquşma olub - VİDEO

Bakı. 26 mart. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatında prezident Donald Tramp tərəfdarları ilə əleyhdarları arasında toqquşma baş verib.

"Report" xəbər verir ki, kütləvi dava Hantinqton-Biç şəhərində Amerika prezidenti tərəfdarlarının nümayişi zamanı qeydə alınıb.

"Los Angeles Times"ın məlumatına görə, 200-dən çox insan ABŞ prezidentini dəstəkləmək üçün aksiya keçirib.

Nümayiş zamanı naməlum şəxs təşkilatçılardan biri olan qadının gözünə bibər qazı vurub. Dava məhz bundan sonra başlayıb.

Hüquq-mühafizə orqanları dava iştirakçılarını qovmaq məcburiyyətində qalıblar. Bir neçə nəfər həbs olunub.

Son xəbərlər

Orphus sistemi