Kaliforniyada torpaq sürüşmələri və daşqınlar nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb

Kaliforniyada torpaq sürüşmələri və daşqınlar nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb Bakı. 15 yanvar. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının cənub hissəsində leysan yağışları zamanı yaranan torpaq sürüşmələri və daşqınlar nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.
Digər ölkələr
15 Yanvar , 2018 02:06
Kaliforniyada torpaq sürüşmələri və daşqınlar nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb

Bakı. 15 yanvar. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının cənub hissəsində leysan yağışları zamanı yaranan torpaq sürüşmələri və daşqınlar nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Santa-Barbara dairəsinin nümayəndəsi Castin Kuper son iki gündə xilasedicilərin daha 2 cəsədi aşkarladığını bildirib. Kuper ölənlərin neçə yaşlarında olmaları və onların cəsədlərinin harda aşkarlanması barədə heç nə deməyib.

Təbii hadisə nəticəsində daha 4 nəfər itkin düşüb. Onun sözlərinə görə, itənlərin axtarışları davam etdirilir.

Daşqınlar və torpaq sürüşmələri zamanı həmçinin 30-dan çox insan xəsarət alıb. 

Son xəbərlər

Orphus sistemi