Kaliforniyada təyyarə avtomobil yoluna düşüb - VİDEO

Kaliforniyada təyyarə avtomobil yoluna düşüb - VİDEO Təyyarənin göyərtəsində iki nəfər olub
Digər ölkələr
30 İyun , 2017 22:41
Kaliforniyada təyyarə avtomobil yoluna düşüb - VİDEO
Foto: ABC News

Bakı. 30 iyun. REPORT.AZ/ Birləşmiş Ştatların Kaliforniya ştatında ikimühərrikli təyyarə avtomobil yoluna düşərək qəzaya uğrayıb.

"Report" "ABC News" telekanalına istinadən xəbər verir ki, qəza Oranc Kaunti şəhərinin 405 saylı magistralında baş verib.

Qəza avtoregistrator tərəfindən qeydə alınıb.

Nəşrin məlumatına görə, təyyarənin göyərtəsində iki nəfər olub. Onlar ciddi travma və yanıq xəsarətləri alıblar.

Təyyarə yerə düşmə nəticəsində yanıb.

Yol bağlanıb. Hadisə yerində fövqəladə xidmətin əməkdaşları işləyir.

Son xəbərlər

Orphus sistemi