ABŞ-ın Kaliforniya ştatında terror aktı törətməyi planlaşdıran şəxs saxlanılıb

ABŞ-ın Kaliforniya ştatında terror aktı törətməyi planlaşdıran şəxs saxlanılıb ABŞ polisi və Federal Təhqiqat Bürosu (FTB) ölkədə terror aktının qarşısını alıb.
Digər ölkələr
30 Aprel , 2019 02:40
ABŞ-ın Kaliforniya ştatında terror aktı törətməyi planlaşdıran şəxs saxlanılıb

ABŞ polisi və Federal Təhqiqat Bürosu (FTB) ölkədə terror aktının qarşısını alıb.

Bu barədə "Report" "Los Angeles Times"a istinadən xəbər verir.

Qeyd edilir ki, terror aktı törətməyi planlaşdıran şəxs xüsusi əməliyyatla yaxalanıb. 26 yaşlı Mark Stiven Dominqo əldəqayrıma partlayıcı qurğu vasitəsilə Kaliforniyanın cənubunda terror aktı törətmək niyyətində imiş.

O, əvvəllər ABŞ-ın Hərbi Qüvvələrində xidmət edib. 

Daha əvvəl də Texas ştatında yeniyetmə terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılıb.

Son xəbərlər

Orphus sistemi