Kaliforniyada sürücü maşını piyadaların üzərinə sürüb, xəsarət alanlar var

Kaliforniyada sürücü maşını piyadaların üzərinə sürüb, xəsarət alanlar var Bakı. 11 fevral. REPORT.AZ/ Kaliforniya ştatının Fullerton şəhərində sürücünün maşını piyadaların üzərinə sürməsi nəticəsində 10 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Digər ölkələr
9319
11 Fevral , 2019 13:51
Kaliforniyada sürücü maşını piyadaların üzərinə sürüb, xəsarət alanlar var
ABC News
0 : 00
0 : 00

Bakı. 11 fevral. REPORT.AZ/ Kaliforniya ştatının Fullerton şəhərində sürücünün maşını piyadaların üzərinə sürməsi nəticəsində 10 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

“Report” “Sacramento Bee”yə istinadən xəbər verir ki, polisin yaydığı məlumata görə, bazar gününə keçən gecə “Toyota Tacoma” tipli pikap izdihamlı küçədə səkiyə çıxaraq 18-49 yaş arasında on nəfəri əzdikdən sonra ağaca çırpılıb. Zərəçəkənlərdən bəziləri üçün həyati təhlükə olduğu bildirilir. 

Polis maşını yaxındakıların köməyi ilə kənara çəkərək altında qalanlara yardım göstərib.

Narkotik vasitənin təsiri altında olduğu bildirilən Kristofer Solis adlı 22 yaşlı sürücü saxlanılıb. Həmçinin yaxınlıqdakı daha 3 avtomobilə maddi ziyan dəyib.

Son xəbərlər

Orphus sistemi