Kaliforniyada qırıcı-bombardmançı təyyarə qəzaya uğrayıb

Kaliforniyada qırıcı-bombardmançı təyyarə qəzaya uğrayıb Pilot katapult etməyi bacarıb
Digər ölkələr
102
26 Oktyabr , 2016 12:39
Kaliforniyada qırıcı-bombardmançı təyyarə qəzaya uğrayıb

Bakı. 26 oktyabr. REPORT.AZ/ ABŞ dəniz piyadaları korpusuna aid "F/A-18C" qırıcı-bombardmançı təyyarəsi Kaliforniyada təlim uçuşu zamanı qəzaya uğrayıb. Pilot katapult etməyi bacarıb.

"Report" RBK-ya istinadən xəbər verir ki, bu barədə ABŞ dəniz piyadaları korpusunun nümayəndəsi Con Roberts məlumat verib.

Onun sözlərinə görə, ilkin məlumatlar pilotun təyyarə yerə dəydikdən sonra katapult etdiyini söyləməyə əsas verir.

"Bununla belə, pilot ciddi xəsarət almayıb. Təyyarə isə yanıb", - deyə C.Roberts əlavə edib.

Son xəbərlər

Orphus sistemi