Kaliforniyada qayıqların toqquşması nəticəsində itkin düşənlərin sayı artıb

Kaliforniyada qayıqların toqquşması nəticəsində itkin düşənlərin sayı artıb Bakı. 3 sentyabr. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatındakı Kolorado çayında iki xüsusi qayığın toqquşması zamanı itkin düşənlərin sayı 4 nəfərə çatıb.
Digər ölkələr
3 Sentyabr , 2018 01:51
Kaliforniyada qayıqların toqquşması nəticəsində itkin düşənlərin sayı artıb

Bakı. 3 sentyabr. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatındakı Kolorado çayında iki xüsusi qayığın toqquşması zamanı itkin düşənlərin sayı 4 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə zamanı iki qayıqda 16 nəfər olub. Toqquşmadan sonra onlardan 10-u xəstəxanaya çatdırılıb. Sərnişinlərdən birinin vəziyyəti kritik qiymətləndirilib.

Daha əvvəl 1 nəfərin itkin düşdüyü, 13 yaralının olduğu bildirilirdi. Hadisə şənbə günü baş verib. 

Son xəbərlər

Orphus sistemi