Kaliforniyada meşə yanğınlarında ölənlərin sayı 66 nəfərə çatıb

Kaliforniyada meşə yanğınlarında ölənlərin sayı 66 nəfərə çatıb Bakı. 16 noyabr. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının şimalındakı Byutt dairəsində tüğyan edən meşə yanğınları qurbanlarının sayı 63 nəfərə çatıb.
Digər ölkələr
16 Noyabr , 2018 07:56
Kaliforniyada meşə yanğınlarında ölənlərin sayı 66 nəfərə çatıb

Bakı. 16 noyabr. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının şimalındakı Byutt dairəsində tüğyan edən meşə yanğınları qurbanlarının sayı 63 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə dairənin şerifi Kori Xonea keçirdiyi mətbuat konfransında bildirib.

Bununla da Kaliforniyadakı yanğınlarda ölənlərin ümumi sayı 66 nəfərə çatıb.

"Bu gün daha 7 nəfərin cəsədi tapılıb. Bununla da ölənlərin sayı (Byutt dairəsində-red) 63 nəfərə çatıb", - deyə o bildirib. Kori Xoneanın sözlərinə görə, hazırda 53 meyitin kimliyi müəyyənləşib.

Eyni zamanda təbii hadisə zamanı itkin düşənlərin də sayı kəskin şəkildə artıb. Bildirilir ki, meşə yanğınları zamanı itkin düşənlərin sayı 297 nəfərdən 631 nəfərə qədər yüksəlib. Lakin hakimiyyət orqanları bunun dəqiq rəqəm olmadığını bildirirlər. İtkin düşən bəzi şəxslərin ad və ya soyadlarında təkraçılığın olması istisna edilmir.  

Son xəbərlər

Orphus sistemi