​Kaliforniyada meşə yanğınları səbəbindən 300 evin sakinləri təxliyə edilib

​Kaliforniyada meşə yanğınları səbəbindən 300 evin sakinləri təxliyə edilib Yanğının sahəsi 4,5 min hektara yaxın ərazini əhatə edib
Digər ölkələr
24 İyul , 2016 09:00
​Kaliforniyada meşə yanğınları səbəbindən 300 evin sakinləri təxliyə edilib

Bakı. 24 iyul. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatında baş verən meşə yanğınları səbəbindən 300-ə yaxın evin sakinləri təxliyə edilib.

"Report" "Vesti.ru"ya istinadən xəbər verir ki, Los-Ancelesin şimal-qərbində baş qaldıran yanğının sahəsi təqribən 4,5 min hektar ərazini əhatə edib.

Yanğının söndürülməsinə təqribən 300 yanğınsöndürən və 30 vertolyot cəlb olunub.

Hazırda zərərçəkənlər barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi