Bakı. 15 oktyabr. REPORT.AZ/ Kaliforniyada meşə yanğınları qurbanlarının sayı 40 nəfərə çatıb.
"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə "Associated Press" yerli hakimiyyət orqanlarına məlumat yayıb.
Bildirilir ki, son 84 il ərzində bu qədər insan yanğın zamanı eyni vaxtda ölməyib. 1933-cü ildə Los-Anceles yaxınlığındakı şəhərlərdən birindəki parkda baş vermiş yanğında 29 nəfər həlak olmuşdu.
Son məlumatlara görə, alov 5,7 mindən çox evi və tikilini məhv edib. Hadisə ilə əlaqədar yüz minə yaxın insanı təxliyyə etmək lazım gəlib. Onlardan 3000-i şənbə günü Santa-Rosdakı evlərini tərk edib.
Qeyd edək ki, bundan əvvəlki məlumatda yanğının 38 nəfərin həyatına son qoyduğu bildirilirdi. Onlardan 20-i Sonoma dairəsində ölüb.
***04:40
Kaliforniyada meşə yanğınları qurbanlarının sayı 38-ə çatıb.
"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Polisin verdiyi məlumata görə, Napa və Sonoma dairələrində daha 3 cəsəd tapılıb. Kaliforniyadakı meşə yanğınları son 84 ildə ən güclü və ştatın tarixində ən öldürücü yanğınlar hesab edilir.