​Kaliforniyada meşə yanğınları nəticəsində 10 min evin sakini təxliyə edilib

​Kaliforniyada meşə yanğınları nəticəsində 10 min evin sakini təxliyə edilib Alov 13,4 hektar ərazini əhatə edib
Digər ölkələr
26 İyul , 2016 08:44
​Kaliforniyada meşə yanğınları nəticəsində 10 min evin sakini təxliyə edilib

Bakı. 26 iyul. REPORT.AZ/ Amerikanın Kaliforniya ştatının cənubunda baş qaldıran meşə yanğınları təqribən 10 min evin 30 minə yaxın sakininin təxliyəsinə və 1 nəfərin ölümünə səbəb olub.

"Report" xəbər verir ki, bu barədə bazar ertəsi Los-Anceles dairəsinin Yanğın Əleyhinə Mühafizə İdarəsi məlumat yayıb.

Məlumata görə, alov 13,4 hektar sahəni əhatə edib. Alov 10% söndürülüb. Yanğınla mübarizəyə 2 min 964 canlı qüvvə, 356 yanğınsöndürən maşın, 16 su daşıyan avtosistern, 26 vertolyot və 14 buldozer cəlb olunub.

Son xəbərlər

Orphus sistemi