Yuxarı

​Kaliforniyada meşə yanğınları: 90-a yaxın ev məhv olub - VİDEO

6 min 400 ev yanmaq təhlükəsi altındadır

Bakı. 15 sentyabr. REPORT.AZ/ Kaliforniyada meşə yanğınları tüğyan edir.

"Report"xəbər verir ki, yanğın ştatın paytaxtı Sakramentodan cənubda yerləşən iki dairədə 26 min hektardan artıq, şimalda isə 4 min hektardan çox ərazini əhatə edib.

Sahəsi 52 min hektar olan ən böyük yanğın Syerra-Nevada dağlarında ştatın mərkəzi hissəsində yerləşən Kinqs-Kanyon Milli Parkı ərazisindədir. Alov 86 evi və 51 təsərrüfat tikilisini məhv edib. 6 min 400 ev təhlükə altında qalmaqdadır. Minlərlə insan fəlakət zonalarından təxliyə edilib. Təqribən 7 min ev işıqsız qalıb.

Ştatın şimal hissəsində yerləşən Leyk dairəsində yanğının sahəsi 16 min hektarı əhatə edir. Yanğın zamanı 4 yanğınsöndürən xəsarət alıb.

Quraqlıqdan yaranan təbii fəlakət bu il ABŞ tarixində ən irimiqyaslı yanğın ola bilər. Təbii fəlakətlə mübarizəyə 5 min yanğınsöndürən cəlb olunub. Alovun söndürülməsi Kaliforniya büdcəsinə artıq 212 milyon dollar ziyan vurub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi