Kaliforniyada meşə yanğını qurbanlarının sayı 11 nəfərə çatdı

Kaliforniyada meşə yanğını qurbanlarının sayı 11 nəfərə çatdı ABŞ-ın Kaliforniya ştatındda çərşənbə günü davam edən meşə yanğını nəticəsində azı üç nəfər həlak oldu.
Digər ölkələr
10 Sentyabr , 2020 07:57
Kaliforniyada meşə yanğını qurbanlarının sayı 11 nəfərə çatdı

ABŞ-ın Kaliforniya ştatında çərşənbə günü davam edən meşə yanğınları nəticəsində azı üç nəfər həlak olub.

"Report"un məlumatına görə, bu barədə Byutt (Kaliforniya ştatı) dairəsinin şerifinə istinadən “Reuters” agentliyi bildirib.

Qeyd edilir ki, bununla da təbii fəlakət qurbanlarının ümumi sayı 11 nəfərə çatıb.

Agentliyin məlumatına görə, yanğına görə minlərlə ev təhlükə altındadır. Kaliforniyanın qubernatoru Qevin Nyusom öz növbəsində bildirib ki, ştatda bu ildə təbii yanğınların ümumi ərazisi təxminən 930,7 min hektara qədər artıb.

“Associated Press” agentliyi isə qeyd edib ki, göstərici Kaliforniyanın tarixində ən yüksək olub. Əvvəlki antirekord 2018-ci ildə qeydə alınıb. Həmin vaxt bu rəqəm təxminən 793,2 min hektar idi.

Qarşısı alınmış alovlanma mərkəzlərinin miqdarı da həmçinin 7 600 hektaı ötür. Yanğın 4 265 evə və tikintiyə zərər vurub, bir qismini məhv edib.

Son xəbərlər

Orphus sistemi