Kaliforniyada koronavirusa görə komendant saatı tətbiq edildi

Kaliforniyada koronavirusa görə komendant saatı tətbiq edildi Ştat sakinlərindən evdə qalmaları tələb olunur.
Digər ölkələr
20 Noyabr , 2020 15:02
Kaliforniyada koronavirusa görə komendant saatı tətbiq edildi

ABŞ-ın Kaliforniya ştatında koronavirus infeksiyası hallarının artması səbəbindən komendant saatı tətbiq edilib.

“Report” xəbər verir ki, bu barədə Kaliforniyanın qubernatoru Qevin Nyusom tvitter səhifəsində bildirib.

Qeyd olunur ki, ştat sakinlərindən evdə qalmaları tələb olunur.

Noyabrın 21-dən isə yerli vaxtla 22:00-dan 05:00-ə qədər Kaliforniyanın bir sıra dairələrində strateji əhəmiyyəti olmayan bütün fəaliyyət növləri, eləcə də vətəndaşların toplaşması qadağan ediləcək.

Cons Hopkins Universitetinin məlumatına görə, ABŞ-da 11 715 167 koronavirusa yoluxma halı aşkar edilib. 252 514 nəfər infeksiya qurbanı olub, 4 410 709 nəfər sağalıb.

Son xəbərlər

Orphus sistemi