Kaliforniyada Kanadanın baş nazirinin korteji qəzaya uğrayıb

Kaliforniyada Kanadanın baş nazirinin korteji qəzaya uğrayıb Bakı. 10 fevral. REPORT.AZ/ Kanadanın Baş naziri Castin Trüdonun korteji şənbə gününə keçən gecə ABŞ-ın Kaliforniya ştatında qəzaya uğrayıb.
Digər ölkələr
10 Fevral , 2018 11:18
Kaliforniyada Kanadanın baş nazirinin korteji qəzaya uğrayıb

Bakı. 10 fevral. REPORT.AZ/ Kanadanın Baş naziri Castin Trüdonun korteji şənbə gününə keçən gecə ABŞ-ın Kaliforniya ştatında qəzaya uğrayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, C.Trüdonun mühazirə dediyi Simi Velli şəhərindəki Ronald Reyqan adına Prezident Kitabxanasından qayıdarkən baş verən qəzada baş nazir xəsarət almayıb.

Tədbirdən sonra kitabxanadan 6 km aralıda "Toyota" markalı avtomobilin sürücüsü Kanadanın baş nazirinin maşınını müşayiət edən motosikletlə toqquşub. Məlumata görə, Trüdonun olduğu avtomobil digər maşınlara dəyməyib.

Motosikletin sürücüsü və avtomobildə olan sərnişinlər xəstəxanaya çatdırılıblar.

Son xəbərlər

Orphus sistemi