Kaliforniyada helikopter qəzaya uğradı

Kaliforniyada helikopter qəzaya uğradı ABŞ-ın Kaliforniya ştatında son günlər davam edən meşa yanğınlarını söndürmək üçün havaya qalxan helikopter qəzaya uğrayıb, pilot isə ölüb.
Digər ölkələr
20 Avqust , 2020 06:15
Kaliforniyada helikopter qəzaya uğradı

ABŞ-ın Kaliforniya ştatında son günlər davam edən meşa yanğınlarını söndürmək üçün havaya qalxan helikopter qəzaya uğrayıb, pilot isə ölüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Meşə Təsərrüfatı və Yanğın Mühafizə İdarəsi məlumat yayıb. 

"Bell UH-1H helikopteri Koalinq şəhərindən cənubda yerləşən dağlıq ərazidə yanğınlara su tökmək üçün tapşırıq yerinə yetirdi. Təəssüf ki, içərisində tək pilot olan vertolyot qəzaya uğradı " - məlumatda deyilir.

Qəzanın səbəbləri araşdırılır.

Qeyd edək ki, son günlər Kaliforniyada anormal istilər fonunda meşə yanğınları ölkədə vəziyyəti çətinləşdirib. 

Son xəbərlər

Orphus sistemi