Kaliforniyada dustaqlara qanunsuz olaraq işsizlik müavinəti ödənilib

Kaliforniyada dustaqlara qanunsuz olaraq işsizlik müavinəti ödənilib Kaliforniya ştatında on minlərlə məhkuma qanunsuz olaraq COVID-19 epidemiyasına görə bağlanan iş yerlərilə bağlı işsizlik müavinəti ödənilib.
Digər ölkələr
249
25 Noyabr , 2020 18:56
Kaliforniyada dustaqlara qanunsuz olaraq işsizlik müavinəti ödənilib
google.az

ABŞ-ın Kaliforniya ştatında on minlərlə məhkuma COVID-19 səbəbindən bağlanan iş yerlərinə görə qanunsuz işsizlik müavinəti ödənilib.

“Report” “NBC”yə istinadən xəbər verir ki, bu barədə ştatın Sakramento dairəsinin prokuroru Ann Mari Şubert bildirib.

O, qanunsuz ödənilən vəsaitin 1 milyard ABŞ dollarına yaxın ola biləcəyini qeyd edib. Bu əhvalatın ştat tarixində ən böyük dələduzluq əməliyyatı olması güman edilir.

Prokurorun dediyinə görə, mart-avqust ayları ərzində ştat həbsxanalarında saxlanılan məhkumlardan 35 min ərizə gəlib, onlara cəmi 140 milyon ABŞ dolları müavinət ödənilib. Həmin müavinətlərin məhkumlara şəxsən, yaxud azadlıqda olan qohumlarına, dost-tanışlarına göndərildiyi bildirilib. Müavinət alan dustaqlar xüsusi olaraq aidiyyəti idarələrə daşınırmış. O cümlədən 133 nəfər edam cəzasına məhkum edilən də bütövlükdə 420 min ABŞ dolları məbləğində müavinət alıblar.

Müavinət almaq üçün verilən ərizələrdə saxta sosial sığorta nömrələrinin, həmçinin ABŞ-da naməlum şəxslərə verilən Con Dou, Con Adams kimi basmaqəlib adların qeyd olunduğu da bildirilir. Prokuror Ann Mari Şubertin vurğuladığı kimi, bu cür dələduzluq əməliyyatının məhz Kaliforniyada baş tutması burada məhkumlarla müavinət üçün ərizə verən həqiqi işsizlər haqqında məlumatları təhlil edən sistemin olmamasından irəli gəlir.

Son xəbərlər

Orphus sistemi