​Kaliforniyada dövlətə vergidən yayınan erməni sahibkarların adları açıqlanıb

​Kaliforniyada dövlətə vergidən yayınan erməni sahibkarların adları açıqlanıb Vergi verməyənlərin borcu 26 mln. dollardan çoxdur
Digər ölkələr
22 Oktyabr , 2015 02:13
​Kaliforniyada dövlətə vergidən yayınan erməni sahibkarların adları açıqlanıb

Bakı. 22 oktyabr. REPORT.AZ/ Kaliforniyanın vergi xidməti ştatda yaşayan, işləyən və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan və vergilərini ödəməyən islaholunmaz şəxslərin adlarını açıqlayıb.

"Report" "Slavicsac.com" nəşrinə istinadən xəbər verir ki, sözügedən şəxslərin ümumi vergi borcu 26 milyon dollardan çoxdur.

Sənəddə qeyd olunur ki, adlar onlar məlumatlandırıldıqdan bir ay sonra açıqlanıb. Siyahıda bir neçə erməni soyadı da var. Məsələn, Los-Ancelesdən olan Sarkis və Marina Karadjyan dövlətə 4,3 mln. dollar, Artaş Papazyan 760 min dollar civarında pul borcludurlar.

Son xəbərlər

Orphus sistemi