Kaliforniyada daşqınlar zamanı ölənlərin sayı 17 nəfərə çatıb

Kaliforniyada daşqınlar zamanı ölənlərin sayı 17 nəfərə çatıb Təbii fəlakət nəticəsində 24 nəfər itkin düşüb
Digər ölkələr
11 Yanvar , 2018 04:49
Kaliforniyada daşqınlar zamanı ölənlərin sayı 17 nəfərə çatıb

Bakı. 11 yanvar. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının cənub hissəsində leysan yağışları nəticəsində yaranan sürüşmə və daşqınlar zamanı ən azı 17 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə Santa-Barbara dairəsinin şerifi Bill Brauna istinadən NBC məlumat yayıb.

Bundan əvvəl təbii fəlakət nəticəsində ölənlərin sayının 13 nəfər olduğu xəbər verilmişdi.

"Associated Press"in məlumatına görə, təbii fəlakət nəticəsində 24 nəfər itkin düşüb.

Son xəbərlər

Orphus sistemi