Kaliforniyada daha 8 min məhbus azad ediləcək

Kaliforniyada daha 8 min məhbus azad ediləcək Bu amnistiya həbs müddətinin başa çatmasına bir il və daha az qalan məhbuslara şamil olunacaq.
Digər ölkələr
11 İyul , 2020 09:55
Kaliforniyada daha 8 min məhbus azad ediləcək

ABŞ-ın Kaliforniya ştatının İslah və reabilitasiya mərkəzinin departamenti koronavirusun yayılmasına qarşı mübarizə çərçivəsində 8 minədək məhbusu avqustun sonunadək azad etməyi planlaşdırır.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə  müəssisənin yaydığı press-relizdə bildirilib.

Məlumata görə, koronavirusa qarşı mübarizə çərçivəsində mart ayından indiyədək 10 minə yaxın məhbus azad edilib. Bu amnistiya həbs müddətinin başa çatmasına bir il və daha az qalan məhbuslara şamil olunacaq.

Son xəbərlər

Orphus sistemi