​Kaliforniyada atışma zamanı 6 nəfər yaralanıb

​Kaliforniyada atışma zamanı 6 nəfər yaralanıb Onların arasında 16 yaşlı qız da var
Digər ölkələr
15 İyun , 2016 07:41
​Kaliforniyada atışma zamanı 6 nəfər yaralanıb

Bakı. 15 iyun. REPORT.AZ/ Çərşənbə axşamı ABŞ-ın Kaliforniya ştatının Oklend şəhərinin mərkəzi hissəsində naməlum şəxs atəş açıb.

"Report" xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Məlumata görə, atışma zamanı 6 nəfər güllə yarası alıb. Onların arasında 16 yaşlı qız uşağı da var ki, hazırda onun vəziyyəti ağırdır.

Kimin məhz atəş açmağa başladığı məlum deyil. Polis nümayəndələri hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanıldığı bildirməyiblər.

İlkin məlumatlara görə, atəş açılan insanlar ötən il ölən yerli sakinin xatirəsinə həsr olunmuş hüzn mərasiminin iştrakçıları olublar.

Son xəbərlər

Orphus sistemi