Yuxarı
    Bağlamaq

    Kaliforniyada atışma nəticəsində seçki məntəqəsi bağlanıb: 1 ölü, 3 yaralı

    Atışma polisin iştirakı ilə baş verib

    Bakı. 9 noyabr. REPORT.AZ/ Çərşənbə günü ABŞ-ın Kaliforniya ştatının Azusa şəhərində polisin iştirakı ilə baş verən atışma nəticəsində ən azı 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

    "Report" xəbər verir ki, bu barədə yanğın müfəttişi Qustavo Mədinə CNN telekanalının efirində bildirib.

    "Los Angeles Times" qəzetinin məlumatına görə, daha 4 nəfər xəstəxanaya çatdırılıb. Hadisə yerinə təcili yardım maşınları gəlib.

    CNN, həmçinin məlumat yayıb ki, Azusdakı seçki məntəqəsi baş verən hadisədən sonra bağlanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi