Kaliforniyada atışma nəticəsində 4 nəfər ölüb, 6 nəfər yaralanıb - FOTO

Kaliforniyada atışma nəticəsində 4 nəfər ölüb, 6 nəfər yaralanıb - FOTO ABŞ-ın Kaliforniya ştatındakı Fresno şəhərində ailə qonaqlığında baş verən atışma nəticəsində 4 nəfər ölüb, 6 nəfər yaralanıb.
Digər ölkələr
18 Noyabr , 2019 10:49
Kaliforniyada atışma nəticəsində 4 nəfər ölüb, 6 nəfər yaralanıb - FOTO

ABŞ-ın Kaliforniya ştatındakı Fresno şəhərində ailə qonaqlığında baş verən atışma nəticəsində 4 nəfər ölüb, 6 nəfər yaralanıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Yerli polisdən verilən məlumata görə, hadisə saat 18:00 (Bakı vaxtı ilə 06:00, 18 noyabr) radələrində baş verib. Naməlum şəxslər ev sakinlərinin və dostlarının futbol matçını izləmək üçün toplaşdığı arxa bağçaya soxularaq atəş açıblar. Nəticədə 10 nəfər güllə yarası alıb. Onlardan üçü yerindəcə ölüb, biri isə xəstəxanada keçinib.

Polis gələnə qədər hadisəni törədənlər qaçmağa müvəffəq olublar.

Son xəbərlər

Orphus sistemi