​"Kalaşnikov" pilotsuz apparat və kater istehsal edəcək

​"Kalaşnikov" pilotsuz apparat və kater istehsal edəcək Bu bəyanatla konsernin baş direktoru Aleksey Krivoruçko çıxış edib
Digər ölkələr
22 Fevral , 2015 14:35
​Kalaşnikov pilotsuz apparat və kater istehsal edəcək

Bakı. 22 fevral. REPORT.AZ/ "Kalaşnikov" konserni pilotsuz uçan apparat və mülki və hərbi təyinatlı katerlərin istehsalı ilə məşğul olacaq.

"Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, bu bəyanatla Əbu-Dabidə keçirilən İDEX-2015 müdafiə sənayesi sərgisində konsernin baş direktoru Aleksey Krivoruçko çıxış edib.

"Biz səhm paketlərinin alınması və "Kalaşnikov" ilə Rusiyanın "ZALA Aero" şirkətinin bazasında pilotsuz kəşfiyyat apparatlarının istehsalı üzrə birgə müəssisənin yaradılması barədə qərar qəbul etmişik", - deyə Krivoruçko qeyd edib.

O, həmçinin diqqətə çatdırıb ki, "Kalaşnikov" rəhbərliyi Rıbinsk tərsanəsinin nəzarət pakenin 51%-nin alınması və burada hərbi və mülki təyinatlı katerlərin istehsal edilməsi barədə qərar da qəbul edib.

Son xəbərlər

Orphus sistemi