Kabulda universitetdə atışma olub

Kabulda universitetdə atışma olub Bakı. 15 noyabr. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabul şəhərində universitet ərazisində atışma olub.
Digər ölkələr
15 Noyabr , 2018 13:22
Kabulda universitetdə atışma olub
0 : 00
0 : 00

Bakı. 15 noyabr. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabul şəhərində universitet ərazisində atışma olub.

“Report” xəbər verir ki, məlumatı noyabrın 15-də “Pajhwok” agentliyi yayıb.

Bildirilib ki, atışma ali təhsil müəssisəsinin daxili korpuslarında gedir.

Hadisə ilə bağlı əlavə informasiya yayılmayıb.

Xatırladaq ki, noyabrın 15-də gecə saatlarında Əfqanıstanın qərbində yerləşən Fərh əyalətində terrorçu “Taliban” qruplaşmasının hücumu nəticəsində azı 30 polis əməkdaşı ölüb. Ölkənin təhlükəsizlik orqanları bildiriblər ki, polislə terrorçular arasında baş vermiş atışma nəticəsində 17 terrorçu zərərsizləşdirilib. Məlumata əsasən, terrorçular hadisə yerindən uzaqlaşarkən xeyli miqdarda silah-sursat da aparıblar.

Son xəbərlər

Orphus sistemi