Kabulda partlayış olub, 5 nəfər ölüb, 5-i yaralanıb

Kabulda partlayış olub, 5 nəfər ölüb, 5-i yaralanıb Əfqanıstanın paytaxtı Kabuldakı partlayış nəticəsində 5 nəfər ölüb, 5 nəfər yaralanıb.
Digər ölkələr
13 İyul , 2021 16:21
Kabulda partlayış olub, 5 nəfər ölüb, 5-i yaralanıb
0 : 00
0 : 00

Əfqanıstanın paytaxtı Kabuldakı partlayış nəticəsində 5 nəfər ölüb, 5 nəfər yaralanıb.

“Report” “Sputnik Afqanistan”a istinadən xəbər verir ki, bu barədə Kabul Şəhər Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Mayvənd yolunda baş verən hadisə nəticəsində ölənlərin sayının artacağı gözlənilir. Partlayışın xarakteristikası barədə məlumat yayılmayıb.

Hadisənin məsuliyyətini hələ ki heç bir qruplaşma üzərinə götürməyib. Bununla belə, iyulun 13-də səhər saatlarında naməlum silahlılar Kabul məhkəməsinin 3 yüksək vəzifəli məmurunu və şəhərin Baqra rayonunda təhlükəsizlik qüvvələrinin 3 əməkdaşını güllələyiblər.

Son xəbərlər

Orphus sistemi