Kabulda məsciddə partlayışda ölənlər və yaralananlar var

Kabulda məsciddə partlayışda ölənlər və yaralananlar var Əfqanıstanın paytaxtı Kabulun qərb hissəsində yerləşən Şah Suri məscidində törədilən partlayış nəticəsində 4 nəfər ölüb.
Digər ölkələr
12 İyun , 2020 13:42
Kabulda məsciddə partlayışda ölənlər və yaralananlar var

Əfqanıstanın paytaxtı Kabulun qərb hissəsində yerləşən Şah Suri məscidində törədilən partlayış nəticəsində 4 nəfər ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məscidin imamı da ölənlər arasındadır. Daha 6 nəfərin yaralandığı vurğulanıb.

Xəbərdə həmçinin cümə namazı vaxtı əldəqayırma partlayıcı qurğunun partladıldığı qeyd olunub.

Son xəbərlər

Orphus sistemi