Kabildə Türkiyə səfirliyinin fəaliyyəti bərpa edilib

Kabildə Türkiyə səfirliyinin fəaliyyəti bərpa edilib Türkiyənin Kabildəki səfirliyinin işçiləri müvəqqəti çalışdıqları Kabil hava limanını tərk edərək öz iş yerlərini qayıdıblar.
Digər ölkələr
107
29 Avqust , 2021 15:38
Kabildə Türkiyə səfirliyinin fəaliyyəti bərpa edilib

Türkiyənin Kabildəki səfirliyinin işçiləri müvəqqəti çalışdıqları Kabil hava limanını tərk edərək öz iş yerlərini qayıdıblar.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovina və Monteneqroya səfərdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Bir gün əvvəl səfirlik işçiləri öz binamıza qayıdıb və fəaliyyətlərini buradan davam etdirirlər. Hazırkı planımız diplomatik mövcudluğu bu şəkildə davam etdirməkdir. Təhlükəsizliklə əlaqədar olaraq alternativ planlarımızı hər ehtimala qarşı hazır saxlayırıq. İşçilərimizin təhlükəsizliyi bizim prioritetimizdir", - Ərdoğan bildirib.

Son xəbərlər

Orphus sistemi