Bakı. 27 fevral. REPORT.AZ/ Fevralın 27-də Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib. Ən son məlumata görə, hadisə nəticəsində 9 nəfər həlak olub, 13 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
"Report" RİA Novosti agentliyinə istinadla xəbər verir ki, Təhlükəsizlik Xidmətinin nümayəndəsi partlayışın polis məntəqəsinin qarşısında törədildiyini və hədəfin ölkənin Müdafiə Nazirliyinin əməkdaşları olduğunu bildirib.
Hələlik regionda fəaliyyət göstərən qruplaşmaların heç biri hadisənin məsuliyyətini öz üzərinə götürməyib.
Xatırladaq ki, bu, gün ərzində Əfqanıstanda törədilmiş ikinci terror aktıdır. Bir qədər əvvəl Kunar əyalətinin Əsədabad şəhərində 11 nəfərin həyatına son qoyan partlayış qeydə alınmişdı.