Kabildə terror aktı törədilib: ölənlər və yaralananlar var

Kabildə terror aktı törədilib: ölənlər və yaralananlar var Ölənlər arasında iki polis əməkdaşı da var
Digər ölkələr
28 Sentyabr , 2017 22:10
Kabildə terror aktı törədilib: ölənlər və yaralananlar var
Business.ua

Bakı. 28 sentyabr. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabil şəhərində baş vermiş partlayış zamanı 3 nəfər öldürülüb, 16 nəfər yaralanıb.

"Report" "1TV"-ə istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Daxili İşlər Nazirliyinin nümayəndəsi Nəcib Daniş məlumat yayıb.

Danişin sözlərinə görə, partlayış yerli vaxtla saat 18-də törədilib. Qeyd olunur ki, ölənlər arasında iki polis əməkdaşı da var. Bundan başqa daha 14 dinc sakin yaralanıb.

Əfqanıstanın "Pajvak" agentliyi isə bombanın maqnitlə polis maşınına yapışdırıldığını xəbər verib. Agentlik 1 nəfərin öldürüldüyünü, 16 nəfərin yaralandığını xəbər verib.

Terror aktına görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi