Yuxarı

​Kabildə terror aktı nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb - YENİLƏNİB

Partlayış zamanı 207 nəfər yaralanıb

Bakı. 23 iyul. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabildə nümayiş zamanı törədilən terror aktı nəticəsində ölənlərin sayı 60 nəfəri ötüb, yaralıların sayı 207 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə hökumətə istinadən "Tolo" telekanalı məlumat yayıb.

Daha sonra Əfqanıstan Daxili İşlər Nazirliyi ölənlərin sayının 80 nəfərə çatdığını, 230-dan çox insanın yaralandığını məlumat verib.

***19:13

Bu gün Kabildə törədilən terror aktı nəticəsində ölənlərin sayı 64 nəfərə çatıb, 236 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə məlumatı "Tolo News" telekanalı yayıb.

İran televiziyasının məlumatına görə, Əfqanıstan paytaxtında terror aktı xəzər xalqının kütləvi etiraz aksiyası zamanı törədilib. Nümayiş iştirakçıları hökumətin Bamian əyalətini elektrikləşdirmək planlarından imtinası ilə bağlı narazılıqlarını bildiriblər. Onlar ölkə rəhbərliyini və şəxsən prezident Əşrəf Qənini insanlar arasında milli mənsubiyyətlərinə görə ayrı-seçkilik salmaqda ittiham ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi