Kabildə telekanala hücum olub, ölənlər var - YENİLƏNİB

Kabildə telekanala hücum olub, ölənlər var - YENİLƏNİB Telekanalın yayımı hücuma görə dayandırılıb
Digər ölkələr
7 Noyabr , 2017 12:41
Kabildə telekanala hücum olub, ölənlər var - YENİLƏNİB

Bakı. 7 noyabr. REPORT.AZ/ Kabildə "Shamshad TV" telekanalının binasına hücum zamanı özəl şirkətin bir qadın əməkdaşı həlak olub.

"Report" "TOLO news"a istinadən xəbər verir ki, hücum zamanı 20 kanal əməkdaşı və jurnalist, o cümlədəm telekanalın direktoru yaralanıb.

Eyni zamanda, iki polis məmurunun yaralandığı da bildirilir.

Atış səsləri hələ də eşidilir.


***11:08

Əfqanıstanın paytaxtı Kabildə "Shamshad TV" telekanalının binasına hücum edilib.

"Report" xəbər verir ki, bu barədə telekanal əməkdaşına istinadən "TOLO news" məlumat yayıb.

Məlumata görə, bir neçə silahlı adam bu səhər binaya hücum edib. Atışma barədə xəbər verilir, həmçinin partlayış səsi eşidilib.

Telekanal yayımını hücuma görə dayandırıb, əməkdaşlar arasında ölənlərin olduğu bildirilir. 

Son xəbərlər

Orphus sistemi